Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti oyununu keçirib
28 avqust 2022 1223

D qrupunda yer alan komandamız bu gün Voleybol Mərkəzində Avstriyanı qəbul edib. Oyun millimizin qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn yığma sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13. Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib və aktivindəki xalların sayını 9-a çatdırıb.
Qeyd edək ki, D qrupunda Gürcüstan, Sloveniya və Avstriya millilərinə qarşı mübarizə aparan yığmamız növbəti oyununu da Bakıda keçirəcək. Təsnifat mərhələsində keçirdiyi hər üç görüşdə qalib gələn Eldar Yusubovun rəhbərlik etdiyi milli sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.
AVRO-2023-ün təsnifat mərhələsi D qrupu 28 avqust Azərbaycan - Avstriya 3:0 (25:19, 25:19, 25:13)
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı