Qadın voleybolçulardan ibarət millimiz Sloveniyaya yola düşüb
07 avqust 2023 1097
Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb. Komandamızı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar. Onlar voleybolçularımıza uğurlar arzulayıblar və xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, yığmamız bir həftə Sloveniyada təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində bir neçə yoxlama oyunu da keçiriləcək. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarımızın baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.
Uğurlar Azərbaycan!
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı