Qusar Olimpiya Kompleksində "Shuttle Time" proqramı çərçivəsində təlim keçirilib
22 fevral 2022 555
.jpg)
Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Qusarda təşkil olunub.
Qusar Olimpiya Kompleksində milli komandamızın baş məşqçisi Morteza Validarvi, məşqçilərimiz Vahid Quliyev və Ürfan Rzabəyli tərəfindən keçirilən təlimdə 80 məktəbli badmintonun nəzəri və praktik biliklərinə yiyələnib.
Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Ətraflı: https://youtu.be/u5FzKhB34g4
Bənzər xəbərlər

Naxçıvanda 300-dək gimnastın iştirakı ilə keçirilən beynəlxalq turnirə start verildi
Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ... Ətraflı

Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam ... Ətraflı