Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazanıb
03 sentyabr 2021 1775
Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazanıb.
100 m məsafəyə butterfly üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 57,81 saniyəyə qət edərək üçüncü dəfə Tokio-2020-nin qalibi olub.
R.Saleh 100 m məsafəyə arxası üstə və sərbəst üsulla üzmə yarışlarında da ölkəmizin aktivinə qızıl medallar yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.
Hazırda Azərbaycan komandasının hesabında 17 medal var. Onlardan 12-si qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı