Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib
15 sentyabr 2023 115

Mərasimdə qalib və mükafatçılara medal, diplom o cümlədən kubok təqdim olunub. Sonda komanda hesabında nəticələr açıqlanıb. 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında birinci yeri tutub. Tədbirdə çempion olan şahmatçılarımızın şərəfinə 4 dəfə Azərbaycan himni səsləndirilib.
Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medala layiq görülüb. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıb.
Bənzər xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Yığma komandamız Belqradda birinci oldu
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə ... Ətraflı

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı
Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider ... Ətraflı