Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasının üzvü təyin edilib
06 may 2023 1123
2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.
“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib.
Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.
Qeyd edək ki, R. Orucov Milli Olimpiya Komitəsi Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.
Milli Olimpiya Komitəsi adından idmançımızı təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzu edirik!
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı