Rüstəm Orucov rekorda şərik çıxdı
30 aprel 2022 2259
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüstəm Orucov (73 kq) Azərbaycan cüdosunda şərikli rekordçuya çevrilib.
Qitə çempionatlarında beşinci dəfə fəxri kürsüyə yüksələn 31 yaşlı idmançı bununla Elçin İsmayılovun rekorduna şərik olub.
Qeyd edək ki, E.İsmayılovun aktivində Avropa çempionatlarının 3 qızıl, 2 gümüş medalı var. R. Orucov isə analoji yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxıb.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı