Diktorlar Cənubi Koreya yığmasını səhv salıblar
27 iyul 2024 554
Paris- 2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı diktorlar Cənubi Koreya yığmasını KXDR komandası kimi təqdim ediblər. Cənubi Koreya rəsmiləri bu təqdimata görə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla şəxsi görüş təşkil etməyi xahiş edib. Yonhap agentliyi xəbər verir ki, Cənubi Koreya idmançılarının olduğu qayıq çay boyunca keçərkən diktor bunların KXDR idmançıları olduğunu açıqlayıb. Eyni zamanda televiziyada komandanın adı düzgün göstərilib. Daha sonra KXDR komandası Sena boyunca üzüb və diktorlar onları düzgün təqdim ediblər.
"Biz Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayəti çatdırmağı xahiş etmişik" –deyə Cənubi Koreyanın idman nazirliyi bəyanat yayıb.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı