Sərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü olub
25 oktyabr 2023 1323
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub.
ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram) Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına ... Ətraflı
Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, ... Ətraflı