Sərbəst güləşçilər Avropa çempionatı və lisenziya turnirinə Göygöldə hazırlaşırlar
12 yanvar 2024 894
Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 46 idmançı cəlb edilib.
Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edirlər.
Yığma yanvarın 20-dək həmin məkanda hazırlıq prosesi keçəcək.
Qeyd edək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı