Sərbəst güləşçilərimiz Avropa çempionatının sonuncu günündə daha 3 medal qazanıblar
13 mart 2022 1715
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.
Qitə birinciliyinin son günündə sərbəst güləş üzrə millimiz daha 3 medal qazanıb.
Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Cəbrayıl yarımfinalda türk İsmet Çiftçini üstələyib - 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub 6:0. Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib - 14:2. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub - 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb.
Beləliklə, Avropa çempionatının son günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. Xatırladaq ki, bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanmışdı.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı