Stend atıcılarımız III Avropa Oyunlarına uğurla start veriblər
24 iyun 2023 777

Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycan yığması Polşada keçirilən III Avropa Oyunlarının təsnifat mərhələsində çıxış edib.
Stend atıcılığının skit növündə Regina Meftahəddinova 75 hədəfdən 70-ni dəqiq nişan alıb. Nurlana Cəfərova isə 75-dən 67 hədəfi dəqiq vurmağı bacarıb.
İyunun 25-də təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk səkkiz pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaqlar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı