Xəbərlər

Stolüstü tennisçilər beynəlxalq yarışda 

21 fevral 2024 114

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılıblar. Seçmə komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparacaq. Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarığını göstərəcək. Bu gün başlanan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.