Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə bir arada
13 mart 2023 1019

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə yola düşüb. Onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 12-dən 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar. Buxarest topanışına Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri qatılıblar. Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli ötən il Çexiya, Macarstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıb. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı