Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər
05 aprel 2023 1371
Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər. Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar. Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq mart ayında Türkiyənin Antalya şəhərində keçirilən "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülmüşdü.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)