Stolüstü tennisçilərimizdən daha bir medal
23 mart 2023 1076
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Türkiyənin Antalya şəhərində təşkil etdiyi "WTT YOUTH CONTENDER" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
1/8 finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca türkiyəli Elif Akyürek – Ahmed Gülenler tandemini də mübarizədən kənarlaşdırıblar.
Yarımfinalda Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Xatırladaq ki, yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.
20 ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı