Stolüstü tennisçimiz nüfuzlu turnirin mükafatını qazanıb
04 mart 2023 321
Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib. Qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb. Finalın bir addımlığında İtaliya idmançısına uduzan Adil nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb. Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb ki, bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı