Sumoçularımız Macarıstanda 10 medal qazanıblar
24 yanvar 2022 1458
Yanvarın 22-23-də Macarıstanın Erd şəhərində sumo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa kuboku keçirilib.
Bu yarışda Azərbaycan komandası 6 idmançı ilə təmsil olunaraq 10 medal qazanıb.
Böyüklər arasında Xəyyam Abdullayev - I yer, Həsən Ağazadə - II yer, Əli Ağayev - III yer;
Gənclər arasında Həsən Ağazadə - I yer, Əli Ağayev - II yer, Ramazan Bəxtiyarov - III yer;
Yeniyetmələr arasında Əli Ağayev - II yer, Maarif Rəhmətov - III yer, Ramazan Bəxtiyarov (-100 kq) - III yer və mütləq çəkidə - III yerə layiq görülüblər.
Yarışdan sonra təşkil olunmuş təlim-məşq toplanışında idmançılarımız da iştirak edirlər.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı




