Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
03 iyun 2021 774
Təhsil naziri Emin Əmrullayev Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb.
Görüş zamanı tərəflər arasında son illər daha da aktivləşən əməkdaşlığın davam etdirilməsi xüsusilə vurğulanıb.
Emin Əmrullayev uğurlu əməkdaşlığın nəticəsi olaraq birgə layihələrin hazırlanması və icrasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib və əlavə edib ki, görülən işlərə dəstək olmaq nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi ilə 2010-cu ildən başlayan aktiv əməkdaşlığın 2019-cu ildə nəinki ölkə, hətta Avropa səviyyəli Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ilə başa çatması mühüm uğur oldu.
Görüşdə tərəflər əməkdaşlıqdan irəli gələn bir sıra vacib məsələləri müzakirə ediblər
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı