Xəbərlər

Tomas Bax Tokio-2020-nin keçiriləcəyinə əmindir

22 yanvar 2021 436

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokioda reallaşacaq Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyinə əmin olduğunu bildirib. Bu barədə BOK-un prezidenti "Kyodo" agentliyinə müsahibəsində bildirib: “Hazırda bizim əlimizdə Tokio Olimpiya Oyunlarının açılışının iyulun 23-də paytaxt stadionunda baş tutmayacağını demək üçün elə bir əsas yoxdur". 

 

T.Bax bildirib ki, Tokio Olimpiadasını təhlükəsiz və uğurlu keçirmək mümkün olacaq. Qeyd edək ki, son günlərdə paytaxt Tokioda və bir neçə prefekturada koronavirusa yoluxma hallarının sayının yüksəlməsi səbəbindən hökumət fövqaladə rejim tətbiq edib. Yaponiya cəmiyyətində aparılan sorğunun iştirakçılarının 80 faizi Olimpiya oyunlarının yenidən təxirə salınması və ya ümumiyyətlə, keçirilməməsini dəstəkləyiblər.