Trek üzrə Bakı Kubokunun ikinci mərhələsinə yekun vurulub
30 oktyabr 2022 1199

Oktyabrın 30-da trek üzrə Bakı Kubokunun ikinci mərhələsinə yekun vurulub. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində 3 gün ərzində keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 68 velosipedçi mübarizə aparıb.
Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən Bakı Kubokunda qadınlar arasında QİT-500 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Viktoriya Sidorenko (ROEQİUGVM), 2 km məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Radha Şabanova (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb.
17 yaşadək oğlanlar arasında QİT-1000 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ravi Rzayev (ROEQİUGVM), 2 km məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Tural İsrafilov (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclər, Elit/U23 yaş kateqoriyasında QİT-100 metr yarışı, 50 dairədən ibarət xallar üzrə qrup ötüşməsi və 3 km məsafəyə təqiblə fərdi ötüşmə növlərində Musa Mikayılzadə bütün rəqiblərindən üstün olub.
Yarışda ilk 3 yeri tutmuş idmançılara medal və diplom təqdim edilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı