Trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib
05 mart 2023 1515
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə martın 3-5-də velosiped idmanının trek növü üzrə mövsümün açılış yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən çoxgünlük qrup ötüşmələrində Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.
Ümumilikdə 50 velosipedçi müvafiq kateqoriyalar üzrə 3 gün ərzində skreç, tempo, xallar üzrə qrup ötüşməsi və çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar. Qaliblər bütün mərhələlərin ümumi nəticəsinə əsasən müəyyənləşdiriliblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 58 xal) bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüb. Nəcəf Bağırov (ROEQİUGVM, 49 xal) ikinci, Samir Cəbrayılov (MSN, 45 xal) isə üçüncü yerdə qərarlaşıblar.
Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 70 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Artyom Proskuryakov (Təhsil RİM, 60 xal) gümüş, Turqut Qurbanlı (ROEQİUGVM, 42 xal) isə bürünc medala sahib olublar.
Qadınların mübarizəsində ən yüksək nəticəyə Viktoriya Sidorenko (ROEQİUGVM, 70 xal) imza atıb. Radha Şabanova (ROEQİUGVM, 60 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 50 xal) isə üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı