“Trikids triatlon liqası"-nın 1-ci mərhələsi başa çatdı
07 fevral 2023 882
Azerbaycanda ilk dəfə olaraq “Trikidsbaku” triatlon klubunun təşkilatçılığı ilə "Trikids triatlon liqası"-nın 1-ci mərhələsinin aqvatlon (üzgüçülük+qaçış) üzrə yarışması keçirildi. 9 yaş kateqoriyalarından ibarət yarış Bakı Su idmanı sarayında baş tutdu. Hər kateqoriyanın məsafəsi fərqli idi, bu da yarışın daha maraqlı və gərgin keçməsinə şərait yaratdı.
Yarışda iştirak üçün 100-ə yaxın idmançı qeydiyyatdan keçmişdir. Qalib gəlmək üçün həm üzgüçülük, həm də qaçış üzrə məsafəni qət etmək şərt idi. İdmançıların hər iki fənn üzrə vaxtları hesablanaraq, yekun nəticə ilə müfaviq yerlər verilirdi. Yarış bitdikdə, idmançılara 1-ci mərhələ üzrə tutduğu yerlərə görə xallar verildi və ilin sonuna qədər 6 mərhələdə ən çox xal yığan idmançı "Trikids triatlon liqası"-nın çempionu elan ediləcək. Ümümi çempionluqdan başqa hər keçiriləcək mərhələnin öz mükafatçıları və qalibləri olacaq.
Qeyd edək ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Triatlon Federasiyasının, Su idmanı sarayının, "Metak" MMC-nin, "Meqa" MMC-nin, "AGA Group"-un, "Music Gallery"-nin və "Caspian Plaza"-nın dəstəyi ilə həyata keçdi.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı

