Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız Sport Beach Turkiye turnirində iştirak ediblər
29 aprel 2023 908
Turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.
3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü birinci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın üçüncüsü olub.
A Liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü dördüncü yeri tutub.
Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyada hazırlıqları davam edir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı