Xəbərlər

Turun açılış oyununda "AAAF Xırdalan BK" -dan önəmli qələbə 

22 fevral 2023 402

 22 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində,  "Sərhədçi PİK" və "AAAF Xırdalan BK" basketbolçuları arasında 19 -cu turun açılış oyunu baş tutdu. Qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə üstünlük əldə etmiş xırdalanlılar yekunda 73-66 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 24 xal, 4 ribaund ), "AAAF Xırdalan BK" ( Endryu Korum - 20 xal, 13 ribaund )

 Qeyd edək ki, 19-cu turun digər oyunları ( "NTD BK" - "Sabah BK",  "Gəncə BK" - "Neftçi İK", "Olimpik Şəki BK" - "Zirvə Astara BK" ) 23, 25 və 26 fevral tarixlərində keçiriləcək