U-16 millimiz Avropa çempionatının finalında
27 iyul 2023 972
Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub. Yarımfinalda U-16 millimiz Andorra yığmasını 87-64 hesabı ilə darmadağın edərək Avropa çempionatı "C" divizionunun finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. Oyun 27 iyul Bakı vaxtı ilə saat 22:00 -da baş tutacaq və FİBA -nın rəsmi "youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)
