U-16 millimizdən inamlı qələbələr
17 iyul 2023 1126
13 iyul tarixindən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz, Avropa çempionatı öncəsi yoxlama oyunlarında öz gücünü sınaqdan keçirib. Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmamız, ilk yoxlama oyununda U-16 Bəhreyn millisinə 70-62, ikinci oyunda isə U-16 Küveyt seçməsinə 69-49 hesabı ilə qalib gəlib. Qeyd edək ki, millimizin hazırlıq prosesi 18 iyul tarixində yekunlaşacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
