Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə start verilib
01 may 2023 1028
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə start verilib. Azərbaycanda, eləcə də ölkəmizdən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev 5 gün ərzində 465 km-lik məsafəni qət edəcək. Yürüş bu gün Ağstafa şəhərində Heydər Əliyevin abidəsi önündən başlayıb. Bu münasibətlə təşkil olunmuş tədbirin iştirakçıları Ümummili Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər. Qeyd edək ki, Ağa Əliyev ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik məsafəni qət edəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq. Atlet Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etməklə yürüşü başa vuracaq.
Bənzər xəbərlər
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fevralın 6-da İtaliyanın Milan şəhərindəki məşhur “San Siro” stadionunda Milan-Kortina-2026 ... Ətraflı
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı







