Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb
15 may 2023 1018
15 may Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu baş tutub. "LDU" (Rusiya) və "AzTU" (Azərbaycan) komandalarının üz-üzə gəldiyi final oyununa "LDU" tələbələri sürətli başlayıblar və yekunda rəqibinə 82-58 hesabı ilə qalib gələrək beynəlxalq turnirin baş mükafatını qazanıblar. Beynəlxalq basketbol turnirinin bürünc mükafatlarına isə, 3-cü yer uğrunda oyunda "ADBTİA" (Azərbaycan) tələbələrinə 83-64 hesabı ilə qalib gəlmiş "TTK" (Türkmənistan) basketbolçuları sahib olublar. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin qalibi "LDU" komandasına kuboku Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, "AzTU" kollektivinə gümüş medalları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, "TTK" tələbələrinə bürünc medalları Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər. Turnirin ən dəyərli oyunçusu ( "LDU" - Kiril Lenkin ) (MVP) mükafatını Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev təqdim edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)


.jpeg)



.jpeg)

.jpeg)
