Usta cüdoçular arasında Azərbaycan çempionatına start verilib.
28 fevral 2022 3321
28 fevral 2022-ci il tarixdə Bakı şəhərində cüdo idman növü üzrə usta cüdoçuların Azərbaycan çempionatı başlayıb.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutur.
120-ə yaxın cüdoçu müxtəlif əyarlı medallar uğrunda mübarizə aparacaqları çempionatda -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq., +100 kq. çəki dərəcələrində güclərini sınayırlar.
Yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və Ddnya çempionatlarında iştirak üçün seçim etməkdir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı







