Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub
28 fevral 2024 994
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, qurumun İdarəyə Heyətinin geniş iclasında bu vəzifəyə Fərid Cəlalov seçilib.
AVF-nin prezidenti Şahin Bağırov yeni baş məşqçiyə inandıqlarını bildirib. Fərid Cəlalov yığmanın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planı barədə danışıb.
Sonra yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma komandaların qarşıdakı yarışlara hazırlıq planlarını təqdim edib. Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığmalara yeni rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi da kollektivə təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı nümayiş edib.
İclasda Faiq Qarayev və Bəhruz Quliyev yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı