WSF Azərbaycan nümayəndəliyinin iclası keçirilib
11 mart 2022 1016

Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib.
İclasda WSF-nin prezidenti Yaşar Bəşirov, beynəlxalq təşkilatın Azərbaycanda rəsmi təmsilçisi Rənad Əliyev və region nümayəndələri iştirak edib. Federasiya prezidenti ötən həftə WSF-nin Azərbaycanda ilk seminarının təşkil edildiyini nəzərə çatdıraraq, perspektivli idmançıların karyerasına müsbət təsir edən belə tədbirlərin iki aydan bir keçirləcəyini bildirib.
R.Əliyev isə WSF Azərbaycan nümayəndəliyinin qarşıdakı iş planından danışıb. İclasda o da bildirilib ki, geosiyasi vəziyyət nəzərə alınaraq Bolqarıstanın Albena Kranevo şəhərində WSF-nin 12-ci Avropa çempionatı Aprel ayından 20-22 May tarixlərinə keçirilib.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı