Xaçmazda idman klubunun açılışı olub
15 yanvar 2024 782
Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz şəhərində “Əhməd” İdman Klubunun açılışında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, klubda idmançıların məşq prosesini izləyən nazir mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Fərid Qayıbov “Əhməd” İdman Klubunun nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma zalının fəaliyyəti ilə maraqlanıb. Nazir idman zalının mövcud şəraiti ilə tanış olub və idmançılarla söhbət edib.
Tədbirdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı