Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi yekunlaşdı
29 fevral 2024 1306
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının və "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsinə yekun vurulub. Səhər saatlarında Xankəndi şəhərində start götürən ultra marafonun ilk günü Yevlax şəhərində yekunlaşıb.
“Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışın birinci mərhələsində marafon iştirakçıları 83 km məsafə qət ediblər.
Birinci mərhələnin qalibi Elmir Əskərov olub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev və Elman Abışov isə müfaviq olaraq, ikinci, üçüncü yeri tutublar. Marafon iştirakçıları yarışın növbəti günlərində Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı






