Xizək alpinizmi üzrə komandamız qitə çempionatında iştirak edir
08 yanvar 2024 897
Yanvarın 7-də Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 22 ölkədən 225 idmançının iştirak etdiyi yarışda Azərbaycanın xizək alpinizmi üzrə milli komandası da iştirak edir.
Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, Avropa çempionatında idmançılarımız yanvarın 10-da sprint, 11-də isə vertikal növlərdə çıxış edəcəklər.
Yarış yanvarın 12-sinə kimi davam edəcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı