Xüsusi olimpiyaçı futbolçularımız "Gothia" kuboku turnirinə qələbə ilə start veriblər
19 iyul 2022 1573
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol komandaları İsveç Krallığının Göteburq şəhərində keçirilən beynəlxalq "Gothia" kuboku turnirinə qələbə ilə start veriblər.
Xüsusi Olimpiya Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin mərhələdə divizionlara bölünmə məqsədilə yoxlama oyunlarında Estoniya və İsveç yığmaları ilə qarşılaşan oğlanlardan ibarət yığmamız, müvafiq olaraq 10:0 və 5:0 hesabı ilə qalib olub.
Komanda sayını əsas götürərək birbaşa qrup oyunlarında iştirak edən qızlardan ibarət yığmamız isə ilk görüşdə Finlandiya yığmasını 7:1 hesabı ilə məğlub edib.
İlkin mərhələdə göstərdiyi nəticələrə əsasən, oğlanlardan ibarət yığmamızın oynayacağı divizion qrupu və rəqibləri sabah bu gün məlum olacaq. Yeganə qrupda çıxış edən qızlardan ibarət yığmamızın rəqibləri isə Finlandiya yığması ilə yanaşı, Belçika və Özbəkistan komandalarıdır.
Yarış iyulun 21-dək davam edəcək.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)
.jpeg)

.jpeg)

