XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır
27 iyul 2023 715
Çinin Çenqdu şəhərində baş tutacaq XXXI Ümundünya Yay Universiadasında, 28 iyul - 3 avqust tarixləri aralığında basketbol idman növü üzrə 15 komanda 4 qrupda mübarizə aparacaqlar. Baş məşqçi Anar Sarıyev və onun köməkçisi Fərhad Hüseynovun rəhbərlik etdikləri tələbə komandamız, D qrupunda Finlandiya və Cənubi Koreya basketbolçuları ilə üz-üzə gələcəklər. Tələbə komandamız qrupdakı ilk oyununu 29 iyul Bakı vaxtı ilə səhər saat 7:00 -da Finlandiya komandasına qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı