Yeniyetmə cüdoçulardan ibarət millimiz 10 ildən sonra dünya çempionatında qızıl medal qazanıb
23 avqust 2023 1050
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Dünya çempionatının ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək komandanın aktivinə bir dəst medal yazdırıblar.
Oğlanlar arasında 50 kiloqram çəki dərəcəsində cüdoçularımız Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Yekunda N.Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M.Məmişov isə gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 10 ildən sonra dünya çempionatında qızıl medal əldə edib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb).
55 kiloqram çəki dərəcəsində yarışan Mirxaliq İskəndərov isə üçüncü yer uğrunda görüşdə fransalı Adrian Mivovana qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində fərdi, 27 avqustda isə komanda yarışlarında iştirak edəcəklər.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı


