Yeniyetmələrin Avropa çempionatında ölkəmizi 17 cüdoçu təmsil edəcək
16 iyun 2023 957
İyunun 22-25-də Portuqaliyanın Odivelas şəhərində yeniyetmə cüdoçular arasında Avropa çempionatı keçiriləcək.
Çempionatda Azərbaycan milli komandası da iştirak edəcək.
Turnirdə oğlanların yarışında ölkəmizin idman şərəfini Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) qoruyacaqlar.
Qızların mübarizəsində isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı