Yığmamız beynəlxalq turnirdə 4 medal qazanıb
19 sentyabr 2022 896
Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub.
Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala yiyələnib.
Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinskini (Ukrayna) sınağa çəkib. Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, yığmamız turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
