Zəfər gününə həsr olunan stolüstü tennis yarışı başa çatıb
29 oktyabr 2022 1641
Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə keçirilən respublika turnirinə yekun vurulub. Zəfər gününə həsr olunan yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib. İki gün davam edən yarışın nəticələrinə əsasən oğlanlarların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər. Vaqif Babayev birinci, Zərbah Muradov ikinci, Həsrət Kamilovla Yasin Zeyni üçüncü yeri tutub. Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb. Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb. Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)