ABŞ basketbolçusu NBA-da yeni rekorda imza atıb
11 mart 2024 1081
ABŞ-nin “Los Anceles Leykers” klubunun oyunçusu Entoni Devis Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.
İdmançı buna "Minnesota"ya 120:109 hesabı ilə qalib gəldikləri matçda nail olub.
31 yaşlı basketbolçu NBA-da bir oyunda ən azı 25 xal, 25 ribaund, 5 assist və 5 top qazanma ilə çıxış edən ilk oyunçu kimi tarixə düşüb.
Devis sözügedən qarşılaşmada 27 xal toplamaqla yanaşı, 25 ribaund, 5 məhsuldar ötürmə və 7 top qazanma ilə yadda qalıb.
Qeyd edək ki, ABŞ-dən olan basketbolçu 2019/2020 mövsümündən “Los Anceles Leykers”in formasını geyinir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı