Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir
13 avqust 2026 - 17:30 34
27-29 avqust tarixlərində ökəmizdə ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
Hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.
27 avqustda baş tutacaq U17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90 kq-da, qızlar arasında isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək.
28-29 avqustda isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90 kq-da, qadınlar isə 50, 60, 70 və +70-da çıxış edəcəklər.
Ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.
Bənzər xəbərlər
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək
15-16 avqust "Sea Breeze" istirahət mərkəzində 3x3 basketbol üzrə Dünya Qadın ... Ətraflı
Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyi qeyd olunub
İyulun 31-də Atlanta-1996 Yay Olimpiya Oyunlarının və Azərbaycanın müstəqil dövlət ... Ətraflı