“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
26 avqust 2026 - 16:47 45
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İdman TV-nin birgə təşkilatçılığı, Olimpiya Həmrəyliyinin dəstəyi ilə həyata keçirilmiş və 2026-cı ilin iyun ayında uğurla başa çatdırılmışdır.
Layihənin məqsədi məktəblərdə şagirdlərin fiziki fəallığının artırılması, onların idmana daha fəal cəlb olunmasının təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də gənclərin fiziki, sosial və psixoloji inkişafına dəstək göstərilməsidir.
Fiziki Tərbiyə kurikulumuna uyğun olaraq hazırlanmış layihə, onun təlim nəticələri ilə uzlaşdırılmış və iştirakçı şagirdlərin yaş xüsusiyyətləri və inkişaf ehtiyacları nəzərə alınmışdır.
Tədris ili ərzində Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbində idman yarışları təşkil edilmişdir. Yarışlar OVEP metodologiyasına əsaslanan estafet formatında keçirilməklə, maraqlı fiziki fəaliyyətlər vasitəsilə komanda işi, hörmət, ədalətli oyun, liderlik, inklüzivlik və idmanın tərbiyəvi dəyərlərinin təşviqinə xidmət etmişdir.
Enerji, komanda ruhu və idmanın həyəcanını bir araya gətirən “Böyük Tənəffüs” layihəsi şagirdlərin fəal və sağlam həyat tərzini mənimsəmələri, eyni zamanda idman və təhsil vasitəsilə Olimpiya dəyərlərini praktik şəkildə təcrübədən keçirmələri üçün ruhlandırıcı platforma yaratmışdır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
"Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Azərbaycan çempionu "Sabah" futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
