AÇ-də iştirak edəcək qızlardan ibarət millinin heyəti
12 iyun 2022 993

İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.
Bu gün qitə birinciliyində ölkəmizi təmsil edəcək qızlardan ibarət milli komandanın üzvləriylə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə inandıqlarını bildiriblər və onlara uğurlar arzulayıblar.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın tərkibində 6 qız idmançı yer alıb. Buxarestdə Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) güləşəcək.
Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 14-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.
Bənzər xəbərlər

Lommel sınağı 11 medalla yadda qaldı
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə ... Ətraflı

Azərbaycan Basketbol Liqasında XIX tur başlayır
Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.
Günün yeganə ... Ətraflı