Olimpiya qızıl medalının qiyməti min dollara yaxınlaşıb
26 iyul 2024 1092
Paris Olimpiadasında yarışların nəticələrinə əsasən birinci və ikinci yerləri tutan idmançılara veriləcək medalların dəyəri Tokiodakı Oyunlarla müqayisədə artıb. Qızıl medal min dollar həddə yaxınlaşır.
Bu barədə “TASS” agentliyi Danimarkanın “Saxo Group” investisiya bankına istinadla yazır.
Ən nəzərəçarpacaq dəyər artımı qızıl medallarda müşahidə olunur: Tokio Oyunlarında 763 dollardan 935 dollara qədər, gümüş mükafatların dəyəri də 415 dollardan 473 dollara qədər artıb.
“Saxo Group”da izah ediblər ki, qızıl və gümüş mükafatlarının dəyərindəki artım "yaşıl enerjiyə qlobal keçidlə əlaqədar müşahidə olunan" metallara artan tələbata bağlıdır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı