Xəbərlər

ADBTİA -nın basketbolçuları "TamGənc" Tələbə Liqasının çempionudur   

22 aprel 2023 293

23 aprel ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının final oyunu baş tutub. Final qarşılaşmasını, BP Azərbaycan şirkətinin vitse-prezidenti və Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvü Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Taleh Tahirli birbaşa arenadan izləyiblər.  Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) basketbolçuları  arasında keçirilən final oyununun əvvəlində "ATU" -nun tələbələri böyük üstünlük əldə etsələr də, onlar bu üstünlüyü sona qədər qoruya bilməyiblər və geri dönüş edən "ADBTİA" -nın basketbolçuları yekunda 82-77 hesablı qələbə qazanaraq, "TamGənc" Tələbə Basketbol Liqasının çempionu olublar. Finalın ən dəyərli basketbolçusu "ADBTİA" -nın üzvü Şirzad Şirzadov seçilib. 3-cü yer uğrunda baş tutmuş oyunda isə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandası üzərində 77-68 hesablı qələbə qazanaraq, liqanın bürünc mükafatlarına yiyələniblər.