Basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
25 aprel 2024 742
Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçilik seminarını uğurla tamamlamış uşaq məşqçilərinə sertifikatların təqdim olunma mərasimi baş tutub.
Azərbaycan Basketbol Fedarasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiya rəsmiləri tərəfindən seminarı uğurla tamamlamış 44 məşqçidən 9-u B, 35-i isə C kateqoriyalı sertifikatlarla təltif olunub.
Qeyd edək ki, uğursuz nəticə göstərən məşqçilər üçün ABF tərəfindən yay aylarında yenidən seminarlar təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı