“AGF Trophy”: Azərbaycanın yeniyetmə gimnastları paralel qollarda qızıl və gümüş medallar qazanıblar
17 mart 2024 1052
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində yeniyetmələr arasında fərqli alətlər üzrə ilk qaliblər müəyyənləşib.
Azərbaycan millisinin üzvləri İlham Salayev paralel qollarda qızıl, Hüseyn Qəhrəmanov paralel qollarda gümüş, halqalarda bürünc, Albina Aliyeva dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc, Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda gümüş, Məhəmməd Rüstəmzadə sərbəst hərəkətlərdə gümüş, Emin Xankişiyev isə sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstandan ümumilikdə 88 idmançı mübarizə aparır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı




