Xəbərlər

“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

12 mart 2024 132

Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib.

 

Yarışda ölkəmizi böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

 

Yarışın ilk iki günündə təsnifat, son günündə isə final mərhələsi keçiriləcək.

 

Turnirdə Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan idmançıları qüvvələrini sınayacaqlar.

 

Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də öz qüvvələrini sınayacaqlar.